Xoşqədəm: "Bu cür başlıqları yazaraq bu gün mənim ailəmə həyəcan yaşadanlar..."
Day.Az представляет новость на азербайджанском языке
Aparıcı Xoşqədəm Hidayətqızı "Səni axtarıram" proqramının mövsüm finalında bacısının dünyasını dəyişən övladından danışıb.
Day.Az axşam.az-a istinadən bildirir ki, sosial şəbəkədə məsələ ilə bağlı müzakirələr aparılıb. Bəzi yerlərdə isə onun fikirləri yanlış yazılaraq, başlıqda öz övladı dünyasını dəyişmiş kimi verilib.
Xəbərdən əsəbiləşən X.Hidayətqızı qarğış edib:
"Ey, bu başlığı yazan insan!!! Sənin ailən, anan, atan, bacın, qardaşın varmı? Varsa, bu xəbərə başlığı hansı vicdanla yazırsan?! Bilirsənmi, bu başlığı bu gün oxuyub halı pisləşən nə qədər yaxınım olub? Bəli, "Xoşqədəm Hidayətqızı" adı reytinqdir, milyonlarla oxucu deməkdir... Amma daha bu cür başlıqla onun yaxınlarına, ailəsinə acı yaşadacaq halda yox.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре