Mielit: diaqnoz və müalicə

Day.Az представляет новость на азербайджанском языке

Mielit onurğa beyinin həm ağ, həm də boz maddəsinin böyük bür sahədə zədələyən iltihabi prosesidir. Bir neçə seqmentlə məhtudlaşan xəstəliyə köndələn mielit deyilir. Mielit zamanı zədələnmə ocaqları onurğa beyinin bir neçə səviyyəsində yerləşir.

Etiologiyası: Mielitlərin 3 növü var:
- infeksion
- intoksikasion
- travmatik

Media24.Az immunitet.az-a istinadən bildirir ki, xəstəliyin herpes, polimielit, quduzluq, vərəm və ya siflis yoluxması səbəbindən də baş verməsi mümkündür. İnfeksion mielitlər zamanı infeksiya hematogen yolla yayılır, beynin yoluxmasından əvvəl xüsusi əlamətlər meydana çıxır. İkincili mielitlər ümumi infeksion xəstəliklər (qızılca, skarlatina, pnevmoniya, qrip) nəticəsində irinli ocağın və ya sepsisin fəsadı kimi meydana gəlir. İkincili mielitlərin əmələ gəlməsində allergic amilin və infeksiyanın onurğa beynə hematogen yolla ötürülməsi rol oynayır. İntoksikasion mielitlər nadir hallarda təsadüf edilir, ağır eksogen və endogen zəhərlənmələr nəticəsində inkişaf edə bilir.

Travmatik mielitlər ikincili infeksiyanın qoşulması ilə onurğa və onurğa beyinin açıq və qapalı travmaları zamanı baş verir.

Mielit zamanı iltihabi proses daha çox onurğa beynin aşağı döş şöbəsində yerləşir. Müayinə zamanı beynin yoluxmuş şöbəsi şişkin və hiperemiyalı olur. Mikroskopik araşdırma onurğa beynin yumşaq qişasının infiltirasiyasını aşkara çıxarır. Xəstəlik zamanı zədələnmiş nahiyənin damarları troblaşmış olur, damarətrafı infiltiratlar müəyyən edilir.

Klinikası: Mielit çox zaman ümumi yoluxucu əlamətlərlə kəskin və ya yarımkəskin şəkildə özünü göstərir. Yoluxmuş sinir köklərinin innervasiya etdiyi zonalarda ağrılar olur. Ağrı sindpomunun ardınca zədələnmə səviyyəsindən aşağıda ifliclər, hissiyyat pozğunluqları inkişaf edir. İfliclər süst xərəkter daşıyır, iflic olmuş ətraflarda tonus aşağı düşür. Vətər refleksləri alınmır.

DİAQNOZU: Diaqnozu xəstəliyin əlamətlərinə, MRT və KT -nin nəticələrinə əsasən qoyulur.

MÜALİCƏSİ: Müalicəsi simptomatik aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.