Yunus Oğuzun yeni romanı - “Ovçu”

11 августа 2017 14:10

Day.Az представляет новость на азербайджанском языке

Day.Az "Olaylar"a istinadən bildirir ki, bu günlərdə yazıçı-publisist-dramaturq, tarixi romanlar müəllifi Yunus Oğuz aprel döyüşlərində şəhid olmuş Milli Qəhrəman Murad Mirzəyevə həsr etdiyi "Ovçu" adlı romanını bitirib.

Yazıçı romanda tarixə sədaqətini saxlayıb, ermənilərin yüz illərlə bizə qarşı apardığı torpaq davasını da müfəssəl təsvir edib. Əsərdə Murad Mirzəyevlə yanaşı, onun ailəsi, şəhid yoldaşları, komandiri, müdafiə naziri və başqalarının, hətta erməni generalları və zabitlərinin də obrazları yaradılıb. Romanda Azərbaycanın dövlət başçısının obrazı xüsusi yer tutur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.