Sabirabadda 6 otaqlı ev yandı

12 августа 2017 09:22

Day.Az представляет новость на азербайджанском языке

Sabirabadda yanğın qeydə alınıb.

Day.Az FHN-ə istinadən xəbər verir ki, Sabirabad rayonu, Əliləmbəyli kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 m² olan birmərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları 120 m² sahədə yanıb.

Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub.

Yanğın saat 08:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.