Qadınlar “Google”a qarşı: Şirkət məhkəməyə verilir

12 августа 2017 09:38

Day.Az представляет новость на азербайджанском языке

"Google"un 60-dan çox keçmiş və indiki qadın əməkdaşı şirkət haqqında seksizm və əməyin gender əlamətlərinə görə qeyri-bərabər qiymətləndirilməsi ittihamı ilə məhkəmə iddiası qaldırmağı planlaşdırır.

Day.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "The Guardian" qəzeti vəkil Ceyms Finberqə istinadən məlumat yayıb. "Onlar narahatdır ki, qadınları daha az əməkhaqqı olan işlərə yönləndirirlər, baxmayaraq ki, eyni təhsil səviyyəsi və təcrübəyə sahib kişilər daha yüksək vəzifələr tutur və daha çox əməkhaqqı alır", - deyə C. Finberq söyləyib. Hətta vəkil bildirib ki, bəzən daha aşağı vəzifələrdə çalışan kişilər onlardan yüksək vəzifə tutan qadınlardan çox maaş alır.    
 
Qadınlardan biri onunla eyni səviyyəli vəzifə tutan kişi həmkarından ildə 40 min dollar daha az pul qazandığını deyib. Daha bir qadın isə gender diskriminasiyası hallarına rast gəlindiyini və 12 xanım əməkdaşın bu səbəblə işdən qovulduğunu diqqətə çatdırıb.  
 
"Google" nümayəndəsi isə əməkhaqqının bir sıra meyarlar əsasında müəyyənləşdirildiyini və burada gender əlamətlərinin rol oynamadığını bildirib: "60 insan bu məsələdə nümunə üçün azdır. Əməkdaşın rolu, nailiyyətləri, eləcə də ofisin yerindən asılı olaraq əmək haqlarında hər zaman fərq olacaq. Bunun cinslə əlaqəsi yoxdur".    
 
Qeyd edək ki, "Google"un mühəndisi Ceyms Damor İT sahəsində kişilərin qadınlardan üstün olduğunu vurğulayan hesabat hazırladıqdan sonra şirkətdən uzaqlaşdırılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!