Bakıda I qrup əlil qonşusu tərəfindən döyüldü

12 августа 2017 09:42

Day.Az представляет новость на азербайджанском языке

Bakıda döyülmə hadisəsi baş verib.

Day.Az report-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

Belə ki, Buzovna qəsəbəsində 44 yaşlı I qrup əlil Ruslan Əliyev Rauf adlı qonşusu ilə mübahisə edib. Mübahisə əlbəyaxa dava ilə nəticələnib. Dava zamanı qonşusu R.Əliyevi döyərək ona xəsarət yetirib və hadisə yerindən qaçıb. 

Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin İkinci Polis Bölməsi tərəfindən araşdırma aparılır. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.