Məşhur qadına qarşı iyrənc əməl: küçənin ortasında... - İstanbulda

Day.Az представляет новость на азербайджанском языке

Rəssam Pınar Du Pre İstanbulun Taksim meydanında narkotik şprisi ilə hücuma məruz qaldığını açıqlayıb.

Milli.Az Vatan-a istinadən xəbər verir ki, Du Prenin sosial şəbəkə hesabından yazdığına görə, hadisə axşam saat 17:00 radələrində Taksimdə baş verib. Təxminən 10 yaşlı bir uşaq yanından keçərkən Pınar Du Prenin baldır nahiyyəsinə bir şey batırıb, qaçıb. Metroya qədər çətinliklə gedən rəssam nərdivanlardan enərkən ayağının quruduğunu və huşunun itmək üzrə olduğunu hiss edərək kömək istəyib. Təhlükəsizlik işçilərinin köməyiylə xəstəxanaya çatdırılan Du Pre müalicəsindən sonra başına gələn xoşagəlməz olayı sosial şəbəkə hesabından yazıb.

Məşhur rəssamın sözügedən paylaşımını ixtisarla təqdim edirik:

- Mənə bir narkotik verildiyini dərhal hiss edərək ilk olaraq etibarlı yerə qaçdım.

- Metro işçisi kömək etdi və məni xəstəxanaya çatdırdılar. Narkotikin təsirinin ölməsi bir neçə saat apardı. İndi bir azca şok və yorğunluq hiss etməyimə rəğmən, yaxşıyam.

- Hadisədən 1 saat sonra yavaş-yavaş ayaqlarımı və əllərimı his etməyə başladım. Bir neçə saat sonra da xəstəxanadan çıxdım.

- Mən özümə hakim olmadığım o an çantamı oğurlamağı planlaşdırdıqlarını hiss edirdim.

- Hər halda narkotikin dozası çox olsaydı, dərhal orada yerə çökəcəkdim. Bu, hər birimizin başına gələ bilər. Xahiş edirəm diqqətli olun!

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.