Borc üstündə mübahisə qanla bitdi - 3 ölü, 3 yaralı

Day.Az представляет новость на азербайджанском языке

Türkiyənin Şanlıurfa əyalətində borc səbəbində silahlı insident baş verib.

Day.Az qafqazinfo-ya istinadən bildirir ki, hadisə gecə saatlarında qeydə alınıb.

İlkin məlumata görə, iki qrup arasında borc səbəbində silahlı mübahisə yaşanıb. Hadisə nəticəsində 3 nəfər ölü, daha 3 nəfər isə yaralanıb.

Əraziyə çoxlu sayda təcili tibbi yardım briqadaları və polis cəlb olunub.

Faktla bağlı araşdırma başladılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.