Azyaşlı dərmandan zəhərləndi - Hazırda koma vəziyyətindədir

Day.Az представляет новость на азербайджанском языке

Azyaşlı qız dərmandan zəhərlənib.

Day.Az "xezerxeber"ə istinadən bildirir ki, hadisə Neftçalanın Qaçaqkənd kəndində baş verib. Kənd sakini, 8 yaşlı Vəzifə Rəcəbli evdə nəzarətsiz qaldığından stolun üstünə qoyulmuş dərman həblərindən bir neçəsini udub və qəfil vəziyyəti pisləşib. Azyaşlı qızın vəziyyətinin ağır olduğunu görən valideynləri onu Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar. Xəstəyə ilki tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib.

Vəzifə Rəcəbli koma vəziyyətindədir. Bakıdan ixtisaslaşmış həkimin gəlişi gözlənilir. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.