Qadın müğənni etiraf etdi: "Həm aldatdım, həm də aldadıldım"

Day.Az представляет новость на азербайджанском языке

Mahnı yazmaq üçün bir əlaqə, bir ayrılıq şərtdir.

Milli.Az Hürriyet-ə istinadən xəbər verir ki, bu ifadəni türkiyəli xanım ifaçı Betül Demir verdiyi müsahibə zamanı işlədib.

Betül Demirin müsahibəsini təqdim edirik:

Şou-biznesadə 10-cu ilinizdir... Pop musiqi sizdə nəyi dəyişdirdi?

- Seksi və işıqlı birinə çevrildim. İçimdəki qadını kəşf etdim, ürəyi qırıq qadınla barışdım.

Necə bir qayıdışdır bu?

- Baxdım ki, kliplərdəki qadınların heç biri, əslində, mən deyiləm. Həmişə rejissorun, kameramanın, stilistin öhdəsinə buraxmışam özümü. Bir gün "Bəsdir artıq" dedim.

Nə idi bunu dedirdən?

- Uşaqlığımızdan bəri "Onu etmə, bunu etmə" deyərdilər. O şüurla o qədər doldum ki, böyüməyə qorxmuşam. Artıq olduğum kimi görünmək, dəyşmək istəyirdim. Özümün qarşısından çəkilməyə qərar verdim. 

"Seksi qadın" olduğunu kəşf etdikdən sonra həyatında nələr dəyişdi?

- Hər şey daha rəngarəng oldu. 30 yaşından sonra özünü kəşf edirsən.

 

Mahnı sözlərinizin çoxunda mövzu sevgidəndir. Çoxmu əziyyət çəkdiniz sevgidən?

- Sevgi məni həyata bağlayan yeganə duyğudur. Əslində, çəkməkdən çox çəkdirdilər deyə bilərəm. Son albomdakı mahnılarda da həmişə yaşanmış və gerçək eşq hekayələrim var. İki ildə dörd fərqli eşq yaşadım və hamısı mahnılara keçdi.

Vurula bilərsinizmi?

- Bir sevgilim vardı, məni bir il gözlədi. Qərar verə bilmədim. Sonunda gözləməkdən bezdi və başqasıyla evləndi. Bir il sonra da boşandı. Mənə qayıtdı. Bizim əlaqəmiz də bunlara baxmayaraq bitdi. "Bitti mi matemin" mahnısını ona yazdım. Onsuz da, mahnılarım həmişə əlaqələr bitdikdən sonra yazılır. Buna görə də yazmaq üçün eşq yaşamaq və ayrılıq yaşamaq şərtdir. Allah üzümə gülüb ki, sevgiyə meyilli bir ürəyim var.

İndi biri varmı?

- Bəli, bir il əvvəl tanış olduq. Mənlə bir yerdə olmaq üçün çox əziyyət çəkdi. Hələ hər şey çox yenidir, heç anlamadığım bir sahənin adamı - futbolçu.

Heç aldadıldın, ya da aldatdınmı?

- İkisini də yaşadım. İnsanam.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.