Demet ərinin 32 milyon borcundan danışdı

Day.Az представляет новость на азербайджанском языке

Müğənni Demet Akalının əri Okan Kurtun borclarını ödəmədiyi iddia olunmuş və məhkəməyə verilmişdi. Okanın 32 milyon 845 min borcu olduğu üçün lüks villası polislər tərəfində nəzarətə alınmışdı. Demet və Kurt bu hadisə qarşısında şok olmuşdu. 

Day.Az axşam.az-a istinadən bildirir ki, Demet Bodrum konsertində səhnəyə çıxmazdan əvvəl jurnalistlərin məsələ ilə bağlı suallarını cavablandırıb. 

Məhkəmə məsələsi ilə bağlı hadisələrdə ağır günlər yaşadığını deyən Akalın bildirib ki, sənədlər saxta imiş:

"Gözəl xəbər aldıq. Müsadirə qərarı dayandırılıb. Sənədlərin saxta olduğu ortaya çıxdı, elə bir borcumuz yoxdur. İki gün çox ağır anlar yaşadım. İş həyatında belə hadisələr ola bilər, ama bu, gerçək deyildi. Borcun mənimlə heç bir əlaqəsi yox idi. Həyat yoldaşımın adı gedirdi, onun da saxta olduğu ortaya çıxdı".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.