“Real Madrid” Zinəddin Zidanla yeni müqavilə imzalayacaq

12 августа 2017 13:04

Day.Az представляет новость на азербайджанском языке

İspaniyanın "Real Madrid" klubu əsas komandanın baş məşqçisi Zinəddin Zidanla yeni müqavilə imzalayacaq.

"Report" xəbər verir ki, bunu "AS" nəşri yazıb.

Məlumata görə, 45 yaşlı mütəxəssislə 3 illik saziş imzalanacaq və onun illik əmək haqqı 4,35 milyondan 8 milyon avroya qaldırılacaq.

Qeyd edək ki, Z.Zidan 2016-cı il yanvarın 4-də "Real Madrid"in baş məşqçisi təyin olunub. Paytaxt təmsilçisi onun rəhbərliyi altında ardıcıl 2 dəfə Çempionlar Liqasını qazanmaqla yanaşı, klublararası dünya çempionatının, UEFA Superkuboku və İspaniya çempionatının qalibi olub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.