"Shacman"la traktor toqquşdu: ölən var

Day.Az представляет новость на азербайджанском языке

Avqustun 11-də saat 13 radələrində Bərdə rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az-ın Daxili İşlər Nazirliyinin ( DİN ) saytına istinadən məlumatına görə, Göygöl rayon sakini Elşad Əkbərov idarə etdiyi "Shacman" markalı avtomobillə qarşıda gedən Yevlax rayon sakini Arzuman Dadaşovun idarə etdiyi "MTZ-80" markalı traktoru vurub. Nəticədə A.Dadaşovun sərnişini, həmyerlisi Elşad Kərimov hadisə yerində ölüb.

Faktla bağlı Baş istintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.