Müqəddəs şəhərlərə ziyarətlər Həccdən sonra təşkil olunacaq

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycandan Kərbəla, Məşhəd, Nəcəf və digər müqəddəs şəhərlərə ziyarətlərin təşkili istiqamətində hazırlıq işləri görülür. 

Day.Az xəbər verir ki, bu barədə report-a Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib. 

Bildirilib ki, hazırda idarə Həcc ziyarətinin təşkili ilə məşğuldur: "Həcc ziyarəti başa çatdıqdan sonra müqəddəs şəhərələrə ziyarətlər təşkil olunacaq".

Məlumata görə, müqəddəs şəhərlərə ziyarətləri yalnız QMİ təşkil etməyəcək: "QMİ ilə bərabər digər şirkətlər də müqəddəs şəhərlərə ziyarətlərin təşkilini həyata keçirir".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.