Öncə bıçaqla hədələyib pul tələb etdilər: sonra könüllü polisə təslim oldular

12 августа 2017 13:40

Day.Az представляет новость на азербайджанском языке

Bakıda iki əcnəbi vətəndaşı bıçaqla hədələyib 15000 manat pul vermələrini tələb edən şəxslər könüllü olaraq polis bölməsinə gəliblər.

Day.Az DİN-ə istinadən xəbər verir ki, avqustun 11-də Nəsimi rayonu ərazisindəki turizm şirkətlərindən birinə gələn 2 nəfər orada işləyən iki əcnəbi vətəndaşın əl-qolunu yapışqanlı lentlə bağlayaraq bıçaqla qorxutmaqla 15000 manat pul vermələrini tələb edib, tələb etdikləri məbləğ olmadığından 3 ədəd mobil telefonu götürərək ofisin qapısını bağlayıb gediblər.

Məlumata görə, hadisəni törədən Bakı şəhər sakini Elvin İsrafilov və Sumqayıt şəhər sakini Cəfər Musayev könüllü olaraq Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə gəliblər.

E.İsrafilov və C.Musayev adları açıqlanmayan əcnəbilərin həmin şirkətin səyahət paketini almaq üçün onlardan 1500 ABŞ dolları alaraq vədlərinə əməl etmədiklərini bildiriblər.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.