Toylarından 20 gün sonra həyatlarının şokunu yaşadılar - Türkiyədə

12 августа 2017 13:44

Day.Az представляет новость на азербайджанском языке

Türkiyədə şəxsiyyət vəsiqələrini dəyişdirmək istəyən yeni ailə quran cütlük aldıqları cavab qarşısında çaşbaş qalıblar.

Karacasu Bələdiyyəsində nikah məmuru tərəfindən şahidlərin hüzurunda kəsilən nikah mərasimi sonrası evlənən Deniz-Safiye Akkan cütlüyü 20 gün sonra şəxsiyyətlərini yeniləmək üçün getdikləri Karacasu Əhali İdarəsində həyatlarının şokunu yaşayıblar.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, nikah məmuru aradan 20 gün keçməsinə baxmayaraq nikah sənədlərini göndərmədiyi üçün cütlüyün nikahının rəsmiləşmədiyi məlum olub. Yaşanan hadisənin sonra Safiye Uytun gözyaşlarını saxlaya bilməyib.

Sənədlərin aqibətinin necə olduğunu bilmədiklərini deyən Deniz Akkan "O tarixlərdə evlənən hər kəsin sənədi göndərilib, bizim sənədlər necə göndərilməyə bilər, bizimki necə unudular?! Qanuni haqqlarımızı tələb edəcəyik" deyib.

Evlilik vəsiqəsi xaricində evli olduqlarına dair heç bir rəsmi sənədlərinin olmadığını qeyd edən Deniz Akkan "Mən bu 20 gün içində ölsəydim, mənim həyat yoldaşım subaymı qalacaqdı? Heç evlənməmiş kimi qeyd ediləcəkdi? Bunun cavabını biz bilmirik. Şəxsiyyət vəsiqəmizə görə idarəyə getməsəydik, vəziyyətdən xəbərdar olamayacaqdıq " ifadələrini işlədib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!