İranda daşqınlar 12 nəfərin həyatına son qoydu

Day.Az представляет новость на азербайджанском языке

İranın şimal-şərqində aramsız yağışların ardına güclü daşqınlar baş verib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, daşqınlar ölkənin 2 əyalətində 12 nəfərin həyatına son qoyub. İranın Böhrana qarşı İdarə rəhbərinin sözlərinə görə, ölənlərdən 10 nəfər Xorasan, 2 nəfər isə Gülüstan əyalət sakinləri olub.

Bəzi İran KİV-ləri isə daşqınlar nəticəsində ölənlərin sayının daha çox, eləcə də itkin düşənlərin olması barədə məlumat yayıblar.

Qeyd edək ki, aprel ayında İranın şimal-qərbində daşqınlar nəticəsində 36 adam ölmüşdü.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
İranda daşqınlar 12 nəfərin həyatına son qoydu