Amerikalı qadının Qusarda corab biznesi

Day.Az представляет новость на азербайджанском языке.

ABŞ-ın Minnesota ştatından olan müəllim Teresa Hamlin bir ildən çoxdur Azərbaycanda "Azərbaycan corabları" şirkətini təsis edib. Biznesin əsas məqsədi Azərbaycanın şimal bölgələrində toxunmuş corabların xarici ölkələr üçün satışıdır. Müəllim kimi Azərbaycanda işləyən Teresa Hamlin kəndlərdə yaşayan qadınları beləliklə işlə təmin edir. Teresa Hamlin Amerikanın Səsinin Amerika icmalı proqramında müsahibədə biznesinin daha da genişləndirilməsi və azərbaycanlı qadınların əl işlərinin daha da çox tanıdılmasını istədiyini deyib.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, Azərbaycana 2004-cü ildə ingilis dili müəllimi kimi işləməyə gəlmiş Teresa Hamlinin "Azərbaycan corabları" (Azerbaijani Socks) şirkəti artıq iki ildir fəaliyyət göstərir. Teresa Hamlin hazırda Qusar rayonunda yaşayır. O, rayonda, eləcə də qonşu rayonlardakı toxucu qadınlarla işləyir. Lakin onun sözlərinə görə, corab toxuculuğu ənənəsinin daha çox Qusar rayonunda yayıldığını görmək mümkündür.

"Mənə elə gəlir ki, Qusarda bu ənənə daha genişdir. Qızlara ərə gedəndə cehiz verirlər. Hər kəs öz evində corab geyinir. Məncə, bu rayonda çox yayılıb."

Teresa Hemlin deyir ki, o, Qusar və Gədəbəy rayonlarında qadınları işə cəlb edir və başqa rayonlarda da daha çox qadının bu işə qoşulmasını istəyərdi.

Teresa Hemlin deyir ki, o, Qusar və Gədəbəy rayonlarında qadınları işə cəlb edir və başqa rayonlarda da daha çox qadının bu işə qoşulmasını istəyərdi.

"Hər rayonun demək olar ki öz naxışları olur. Lerikdə onlar uzun corablar toxuyurlar və onlar bir az başqa cür olur. Rəngbərəng olur. Ləzgi corablarının öz naxışları olur. Lahıcda onların elə bil forması bir az başqa cürdür."

 

Teresa Hemlin deyir ki, biznesə başlayanda corabların əsasən turistlər üçün satışını nəzərdə tuturdu. Lakin hazırda o, turistlərlə yanaşı, toxunma corabları xarici ölkələrdə də müştərilərə satışı ilə məşğul olur. "İndi ən çox mən çalışıram həm turistlərə, Azərbaycanda işləyən müxtəlif adamlara və turistlərə satım. Həm də, mən özüm Minnesotadanam, ora soyuq yerdir və orada bir neçə dükanda, satış yerində qoymuşam keçən ildə bu corabları."

Teresa Hemlin deyib ki, Minnesota ştatında Azərbaycan corablarını çox bəyənirlər və o, corabları Amerikanın daha çox ştatlarında satmaq istəyir.

"Mənim anam Qusara qonaq gəlmişdi və biznesə başlamazdan əvvəl ona bir cüt corab verilmişdi. O, corabı geyinib-geyinib, sonra corab cırılıb, təzədən onu tikib, yenə geyinib və sonradan mənə zəng edib deyib ki, o corablardan bir dənə də mənə göndərə bilərsiniz? Onun çox xoşuna gəlmişdi. Mən də dedim ki, mənim anamın Amerikadakı seçimlərlə, o nə istəsə ala bilər, xoşuna gəlibsə, yəqin ki başqalarının da xoşu gələcək. Elə də oldu."

Teresa Hamlin corab toxuculuğu biznesi ilə Azərbaycanda bu qədim ənənəni yaşadıb gələcək nəsillərə ötürməklə yanaşı, yerli iqtisadiyyata da xeyri ola biləcəyinə inanır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.