Tanınmışların övladları tələbə adını qazandı - SYAHI

12 августа 2017 19:56

Day.Az представляет новость на азербайджанском языке

Dövlət imtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmuş abituriyentlərin nəticələrini elan edib. Tələbə adı qazanmış şəxslər avqustun 15-dən 25-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Ali təhsil müəssisələrinin müsabiqəsində 42804 abituriyent iştirak edib. Onlardan 36381 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 11728 nəfər dövlət sifarişi əsasında, 24653 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Boş qalan yerlərə ixtisas seçimi avqustun 15-dən 19-dək internet vasitəsilə aparılacaq.

Milli.Az musavat.com-a istinadən bildirir ki, ali məktəbə qəbul olunanlar arasında xeyli tanınmış insanların, o cümlədən jurnalist həmkarlarımızın doğmaları var. Bir sıra siyasətçi və iqtisadçılar da övladlarının uğurlarına sevinib. Musavat.com onlarla bağlı məlumatları nəzərinizə çatdırır.

ADR Hərəkatının rəhbəri Qubad İbadoğlunun oğlu İbad tələbə adını qazanan gənclərimiz sırasındadır. Bu barədə iqtisadçı alim belə yazıb:

"İbad Qubadoğlu Türkiyə Dəyanət Vəqfi - Bakı Türk Liseyinin məzunu olaraq Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İşlətmə Fakültəsinin İqtisadiyyat ixtisasına qəbul olundu. Onu və tələbə adını qazanan bütün gənclərimizi təbrik edirəm. İnanıram ki, onlar ali təhsildəki nailiyyətləri ilə ölkəmizin müasir və peşəkar kadrlara olan ehtiyacının ödənilməsinə əhəmiyyətli rol oynayacaqlar".

Görüntünün olası içeriği: 1 kişi, gülümsüyor, selfie ve yakın çekim

"Bu gün tələbə atası oldum...bu sevinci vaxtilə və indi yaşayan bütün dost-tanışlarımı da ürəkdən təbrik edirəm!"

Yuxarıdakı fikirlərin müəllifi tanınmış neft mütəxəssisi İlham Şabandır. İqtisadçının qız övladı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Biotibbi texnologiya mühəndisliyi fakültəsinə (ödənişsiz) qəbul olunub.

KXCP sədrinin müavini Xəzər Teyyublunun qızı Leyla da ali məktəbə daxil olub. "Mühəndisliyi seçdi. Uğurlar bütün gənclərə! Çox sevindik" Xəzər bəy yazıb.

Jurnalist dostlarımıza gəldikdə, siyahı genişdir.

"Yeni Müsavat" qəzeti baş redaktotunun 1-ci müavini Azər Ayxanın oğlu Ayxan Abbaslı IELTS və SAT beynəlxalq imtahan proqramı üzrə iki universitetə qəbul olub. Bunlar Praqanın (Çexiya) Çarlz Universitetinin maliyyə bank fakültəsi və Hollandiyanın Rotterdam Universitetidir. Ayxan bu iki universitetdən birini - Çarlz Universitetini seçib. 1 ay sonra o, təhsil almaq üçün Praqaya gedəcək. 

Görüntünün olası içeriği: 2 kişi, ayakta duran insanlar, gökyüzü, ayakkabılar, sakal ve açık hava

"Yeni Müsavat" qəzetinin əməkdaşı Aygün Muradxanlının qızı Könül Qərb Universitetinin tərcüməçilik fakültəsində təhsil alacaq.

Modern.az saytının baş redaktoru Əfqan Qafarlının qızı Fidan Bakı Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasına qəbul olunub.

Tanınmış jurnalist Seymur Verdizadənin oğlu Şahin Bakı Mühəndislik Universitetinin dünya iqtisadiyyatı (ingilis dili) ixtisasına qəbul olunub.

Müstəqil jurnalist Ramilə Qurbanlının qızı Şəms Azərbaycan Dillər Universitetinin alman dili müəllimliyinə qəbul olunub.

"Trend" İnformasiya Agentliyinin Mədəniyyət departamentinin rəhbəri Vüqar İmanovun oğlu Əli Azərbaycan Dövlət İqtisad Universitetinin İnformasiya texnologiyaları fakültəsində oxuyacaq.

 

"Lent.az" saytının əməkdaşı Səbinə Əvəzqızının övladı Banuçiçək də tələbə adı qazanmış abituriyentlər sırasındadır.

"Vətəninfo.az" saytının baş redaktoru Nahid Canbaxışlının oğlu Faiq Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında İdman menecmenti və kommunikasiya fakültəsinə qəbul olunub.

Modern.az yazıb ki, jurnalist Azər Sarıoğlunun oğlu Tofiq ali təhsili xaricdə - Macarıstandakı universitetdə alacaq. O, Macarıstanın Szeged universitetinin iqtisadiyyat fakültəsinə qəbul olunub.

"Veysəloğlu" Şirkətlər qrupunun mətbuat katibi İlham Məmmədzadənin qızı Məryəm Azərbaycan Dövlət Tibb Universitetində oxuyacaq..

"10may.az" saytının rəhbəri Eldəniz Elgünün qızı Aysu Türkiyə universitetində kliniki psixologiya üzrə ali təhsil alacaq.

"Reytinq" qəzetinin redaktoru Fazil Əhmədin qızı Lamiyə Azərbaycan Dövlət Dillər Universitetinə qəbul olunub.

"Olaylar" İnformasiya Agentliyinin redaktoru Fatma Abasquliyeva da tələbə anası olub, oğlu ali məktəbdə təhsil alacaq.

Tanınmış jurnalist Ceyhun Musaoğlunun qızı Ləman Musayeva Azərbaycan Texniki Universitetinin Materialşünaslıq mühəndisliyi fakültəsinə daxil olub.

Atatürk Mərkəzinin şöbə müdiri, Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının başqanı Əkbər Qoşalının oğlu Tural Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisasına (tədris: İngilis dilində; dövlət sifarişli) qəbul olunub.

"Yeni Müsavat" Media Qrupunun baş direktoru Ələsgər Süleymanovun qardaşı oğlu Cavid Bakı Mühəndislik Universitetinə (Keçmiş Qafqaz Universiteti) qəbul olub. Bu barədə Ələsgər bəy şəxsi səhifəsində yazıb və sevincini bölüşüb.

Снимок.JPG (31 KB)

"Cənub xəbərləri" qəzetinin baş redaktoru Zahir Əmənovun iki nəvəsi - Elcan və Bəhlul yüksək balla Bakı Mühəndislər Unverstetinin ingilis dilli fakultələrinə qəbul olunub. "Onların hər ikisi "Cənub xəbərləri" qəzetinin səhifələyiciləri idi. Sevinməyə haqqımız var-sizlər üçün də olsun"-babası yazıb.

Jurnalist Famil Cəfərlinin ailəsində də ikiqat sevincli anlar yaşanıb. Onun həm qardaşı oğlu (İqtisad Universiteti), həm də qardaşı qızı (Dövlət İdarəetmə Akademiyası) tələbə olub.



Təhsil eksperti Kamran Əsədov isə şəxsi səhifəsində "Yanıma hazırığa gələn bütün abituriyentlər tələbə adını qazandı. Nəticə 100 faiz!" yazıb. 
Günün sevindirici hadisəsinə bir sıra tanınmışlar reaksiya verib, tələbələrin və onların doğmalarının sevincini bölüşüb. Deputat Əli Məsimli bu sevinci bölüşərkən aşağıdakıları fikirləri paylaşıb: "Gənclərimizin bir hissəsi ali məktəblərə daxil olmalarının sevincini,həm də zəhmətləri hədər getməyib deyə tələbə adının qürurunu yaşayırlar. Ən çox sevinənlər isə onların valideynləri, əzizləri, yaxınlarıdır. Bu il tələbə adını qazanmış bütün gənclərimizi- oğlan və qəzları ürəkdən təbrik edir,ən xoş arzularımı bildirir,onlara uğurlar diləyirəm! Valideynlərinə, doğmalarına,əzizlərinə,yaxınlarına gözaydınlığı verirəm! Hər bir şəxsi, dövləti, cəmiyyəti uğurlara,tərəqqiyə aparan,imkan və rəqabət qabiliyyətini artıran bu vacib yolda təhsiliniz hər cəhətdən xeyirli olsun, inşallah!"

Biz də tələbə adını qazanan gənclərimizi ürəkdən təbrik edir, onlara yüksək səviyyədə təhsil alaraq gözəl mütəxəssis kimi böyük uğurlara imza atmalarını arzulayırıq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.