Toyda dava düşdü, qonaqlar xəstəxanalıq oldu

Day.Az представляет новость на азербайджанском языке

Daşkəsəndə toyda kütləvi dava düşüb.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Daşkəsən şəhərində yerləşən şadlıq saraylarından birində baş verib. Belə ki, toy mərasimi zamanı bir neçə qonaq arasında mübahisə yaranıb. Daha sonra bu şəxslər əlbəyaxa olublar. Bu zaman rayon sakinləri - Mübariz Məmmədov və onun iki övladı, Telman və Mahir Məmmədovlar döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya aparılıb və hər birinə həkimlər tərəfindən tibbi yardım göstərilib.

Məlumata görə, hadisəyə mübahisə edənlərdən birinin sərxoş halda qız tərəfinə söyüş söyməsi səbəb olub.

 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.