Şəmkirdə faciə: 13 yaşlı qız öldü

Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Düz Qışlaq kəndində qeydə alınıb.

Kənd sakini, 2004-cü il təvəllüdlü Ella Qasımova yolu keçən zaman "Niva" markalı avtomobil tərəfindən vurulub.  Ağır bədən xəsarətləri alan 13 yaşlı qız hadisə yerində ölüb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.