Türkiyədə 4,8 bal gücündə zəlzələ olub

Day.Az представляет новость на азербайджанском языке.

Türkiyənin Muğla əyalətində 4,8 bal gücündə zəlzələ baş verib.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Bodrum rayonunda, ocağı isə 21.79 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.