Tanınmış aktyor vəfat etdi

Day.Az представляет новость на азербайджанском языке.

Aktyor Kuzey Varqın yüksək təzyiqdən əziyyət çəkdiyi üçün uzun müddətdir xəstəxanaya yerləşdirilmişdi. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, 1,5 aydır reanimasiyada olan Kuzey bu gün səhər saatlarında vəfat edib. 

Bu haqda aktyorun kürəkəni xəbər verib. O, "Nəşi Marmarisdən İstanbula gətiriləcək. Cümə axşamı cənazə namazından sonra dəfn ediləcək" deyib.

Kuzey 2014-cü ildə təzyiq şikayəti ilə xəstəxanaya yerləşdirilmiş, bir müddət müalicə olunduqdan sonra evə buraxılmışdı. 2015-ci ildə isə onda parkinson xəstəliyi aşkarlanmışdı. 

Xatırladaq ki, Varqın sonuncu dəfə "Kurtlar vadisi pusu" serialında Adil Eşrefoğlu obrazını canlandırıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.