Bakıda şirkətin ofisindən içərisində 10 min manat olan seyf oğurlanıb

Day.Az представляет новость на азербайджанском языке.

Bakıda şirkətdən külli miqdarda pul oğurlanıb.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə Binəqədi rayonu ərazisində baş verib.

Belə ki, "M Trans" şirkətinin Binəqədi rayonu ərazisində yerləşən ofisindən içərisində 10000 manat və 2000 dollar olan seyf oğurlanıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.