"Wi-Fi"dan 100 dəfə sürətli texnologiya kəşf edilib

13 августа 2017 17:55

Day.Az представляет новость на азербайджанском языке.

ABŞ-ın Braun Universitetinin alimləri ultrasürətli "Wi-Fi" üçün geri sayımın başlandığını açıqlayıblar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, tədqiqatçılar günümüzdəki mobil şəbəkələrdən daha sürətli texnologiya kəşf etdiklərini bəyan ediblər. Belə ki, onlar ənənəvi mikrodalğa əvəzinə terahers tezliklə videosiqnal göndərərək saniyədə 50 giqabayt sürət əldə ediblər. Bir çox kabelsiz internetin saniyədə 500 meqabayta qədər sürət yığdığını vurğulayan araşdırmaçılar bunun ortalama bir "Wi-Fi"dan 100 dəfə sürətli olduğunu qeyd ediblər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!