65 yaşlı kişi dənizdə batıb

Bu gün Xəzər dənizinin Xaçmaz rayonu sahillərində 65 yaşlı kişi dənizdə batıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Qusar rayon sakini, 1952-ci il təvəllüdlü Arif Əsgərov Nabranda dənizdə çimərkən boğulub. Onun meyiti tibbi ekspertizadan keçirilməsi üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının Morquna gətirilib.

 

Faktla bağlı araşdırma aparılır.