“Bakıda Qlobal Gənc Liderlər Forumunun keçirilməsi ölkəmiz üçün çox önəmlidir”

Day.Az представляет новость на азербайджанском языке

"Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 21-24 avqust tarixində Bakıda Qlobal Gənc Liderlər Forumunun keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun artması, Azərbaycan həqiqətlərinin  və nədəniyyətinin dünyada tanıdılmasına müsbət təsir edəcək".

Bunu Milli.Az-a açıqlamasında Azərbaycan-Türkiyə Evinin içraçı direktoru, "diaspor.az" saytının rəhbəri Toğrul Allahverdili Qlobal Gənc Liderlər Forumunun Bakıda keçirilməsinə münasibət bildirərkən deyib.

Onun fikrincə, tədbirin Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı keçirilməsi onu daha da önəmli edir: "Tədbirin məqsədi dünyanın müxtəlif ölkələrindən çoxlu sayda gənci bir araya toplayaraq qarşıda duran məqsədlərə nail olmaq üçün onların fikir və düşüncələrini öyrənməkdir".
T.Allahverdili qeyd edib ki, Forumda beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, gənclərin təşəbbüslərinin dəstəklənməsi, bu baxımdan yeni mənbələrin müəyyənləşdirilməsi və sair məsələlər müzakirə olunacaq: "Bu gün Ermənistanın işğal faktını ifşa etmək üçün Azərbaycanın həyata keçirdiyi siyasətin bir qanadı da diaspora və lobbiçiliklə bağlıdır. Yaxın keçmişdə azərbaycanlıları dünyada qəddar, irqçi kimi tanıtmağa çalışan erməni lobbisi bu gün çıxılmaz duruma düşüb. Çünki hazırda dünya ölkələrinin böyük əksəriyyəti Azərbaycanın tolerantlıq modelini yüksək qiymətləndirir, digər dövlətlər üçün nümunəvi səciyyə daşıdığını açıq şəkildə etiraf edirlər. Bu isə o deməkdir ki, qəddar bir xalq tolerantlıq nümunəsi yarada bilməz.

Qeyd etmək istərdim ki, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında dövlət qurumları və xaricdə fəaliyyət göstərən Azərbaycan diasporasının birgə fəaliyyəti öz müsbət nəticələrini verir. Təkcə elə Heydər Əliyev Fondunun və onun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın, eləcə də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bu istiqamətdəki fəaliyyəti kifayət qədər diqqəti cəlb edir".

Qeyd edək ki, 4 gün davam edəcək Forumda dünyanın 50-yə yaxın aparıcı gənc lider və tədqiqatçısının, o cümlədən "Şvarzman", "Rodos", "Fulbrayt", "Marşal", "Truman", "Mitcel", "Geyts" kimi nüfuzlu proqramların, Harvard, Oksford, Kaliforniya, Monpelye, London İqtisadi və Siyasi Elmlər Məktəbi, Toronto, Tsinxua, Leypsiq, Corctaun, Corc Vaşinqton, Sarbon, Sapienza, Con Hopkins, Pekin, Prinston, Kornell, Yel, Stanford, Braun, Kolumbiya, Liverpul, Paris İqtisadiyyat Məktəbi, Çikaqo, Notr Dam, Miçiqan, Rotterdam, Barselona universitetləri kimi dünyanın nüfuzlu ali təhsil ocaqlarının nümayəndələrinin, habelə bir sıra gənc iş adamlarının qatılması gözlənilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.