"Qalatasaray" Arda Turanı icarəyə götürdü

Day.Az представляет новость на азербайджанском языке

Türkiyənin "Qalatasaray" klubu futbolçu Arda Turanı icarəyə götürmək üçün İspaniya "Barselona"sı ilə razılığa gəlib.

Day.Az goal.az-a istinadən xəbər verir ki, iki klub arasındakı danışıqlar müsbət nəticə verib.

Arda 5 milyon avro maaş qarşılığında 1 illik icarəyə götürülüb. Onun maaşının 3 milyon avrosunu "Qalatasaray", 2 milyon avrosunu isə hər iki komandaya sponsorluq edən NEF şirkəti ödəyəcək. Rəsmi açıqlamanın bu axşam və ya sabah veriləcəyi gözlənilir. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.