Gəncəli aşpazdan qeyri-adi bacarıq - Əl işləri ilə dostluq körpüsü qurdu

Day.Az представляет новость на азербайджанском языке

53 yaşlı İlqar Abdilovun əsl peşəsi aşpazlıqdır. Amma bununla yanaşı, dekorativ əl işləri düzəltməklə də məşğul olur. 

Day.Az ARB 24-ə istinadən xəbər verir ki, 12 il ərzində bu sənətin incəliklərinə yiyələnib. İlk vaxtlar hazırladığı suvenirləri yaxın qohum və tanışlarına bağışlayıb. Qızı məktəbə gedəndən sonra əl işlərindən təhsil müəssisəsinə də hədiyyə edir. Zaman keçdikcə yaxınlıqdakı rayonların məktəblərini də İlqar ustanın bağışladığı suvenirlər bəzəyir. 

İlqar Abdilov (dekorativ əl işləri hazırlayan): "Nizami Gəncəvinin 870 illik xatirəsinə maket hazırlamışam. Ulu öndərimiz Heydər Əliyevin 90 illiyinə maket hazırlamışam. O da çox bəyənilib. Şagirdlərlə dostluq körpüsü qururuq. Şagirdlər işlərimə baxıb bəhrələnirlər. Bəlkə də onların arasında məndən yaxşı işlər görənlər olacaq. Biz, sadəcə olaraq, material tapmaqda çətinlik çəkirik. Gördüyünüz materialları özümüz ixtira etmişik. Hazır material tapmaq olmur". 

Bu gün İlqar ustanın kolleksiyasını müxtəlif ölçülü maketlər bəzəyir. Böyük maketlərin hazırlanması 8 ayadək vaxt aparır. Bunun 2 ayı yalnız material toplanmasına sərf olunur. İlqar usta deyir ki, bu sahədə çətinlikləri var. Ərsəyə gətirdiyi hər bir sənət nümunəsində qızı Dinaranın da böyük zəhməti var. Atadan qızına keçən bu istedad Dinaranın məktəblilər arasında təşkil edən müxtəlif müsabiqələrdə fərqlənməsinə səbəb olub. Ata ilə qızın birlikdə həyata keçirdiyi bu layihəni ev şəraitində inkişaf etdirmək müəyyən çətinliklər yaradır. Ustanın maddi vəziyyəti emalatxana icarəyə götürməyə imkan vermir. 

İlqar usta deyir ki, əgər ona belə bir şərait yaradılarsa, o, bu sənətin sirlərini marağı və qabiliyyəti olan məktəblilərə təmənnasız öyrədə bilər.

Videonu izləmək üçün şəklə klikləyin:

Gəncəli aşpazdan qeyri-adi bacarıq - Əl işləri ilə dostluq körpüsü qurdu

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.