“Qarabağ” – “Kopenhagen”: Ağdamlılar qalib gələcək?

Day.Az представляет новость на азербайджанском языке

Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları üçün əmsallar açıqlanıb.

Day.Az apasport.az-a istinadən xəbər verir ki, xarici bukmeyker saytları "Qarabağ" - "Kopenhagen" görüşünə də pul qoyuluşu qəbul edəcək.
 
Ağdam təmsilçisi matçda şanslı sayılır. "Qarabağ"ın qələbəsi 2,40 əmsalla qiymətləndirildiyi halda, rəqibin Bakıdan qalib kimi dönəcəyinə 3,60 əmsal verilib. Qarşılaşmada heç-heçə isə 3,00 əmsaldı.
 
Qeyd edək ki, görüş saat 20:00-da başlayacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.