Çempionlar Liqasının "Qarabağ"sayağı himni belə hazırlandı

Day.Az представляет новость на азербайджанском языке

Ötən gün ÇL-nın pley off mərhələsinin ilk matçında Danimarkanın "Kopenhagen" klubuna 1:0 hesabı ilə qalib gələn "Qarabağ" növbəti uğurun astanasındadır. Belə ki, "köhlən atlar" ilk dəfə Çempionlar Liqasında çıxış edən Azərbaycan klubu kimi tarixə düşməyə çox yaxındır. Bu münasibətlə yerli sənət adamları qitənin ən nüfuzlu futbol turnirinə gedən yolda "Qarabağ"lılara maraqlı sürpriz hazırlayıblar.

Əməkdar artist Ənvər Sadıqov, muğam ifaçısı Elnur Zeynalov, opera ifaçıları Fəridə Məmmədova, Səbinə Əsədova və tanınmış cazmen Emil Əfrasiyabın iştirakı ilə ÇL-nın dünyaca məşhur himni milli musiqi alətləri və muğam çalarları əlavə edilərək hazırlanıb.

Milli.Az himnin sözügedən hazırlıq prosesini təqdim edir:

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.