Avtobusa iti ilə minən qıza icazə vermədilər: it baqajda öldü

Day.Az представляет новость на азербайджанском языке

Türkiəyədə səfər sonrası itini götürməyə gedən qız şoka düşüb.

Avqustun 13-də Filiz Ohtamış adlı qızın "Terrier" cins iti ilə Türkiyənin Erdek vilayətindən İstanbula yola düşüb. Lakin iti avtobusa mindirilməyə icazə verməyiblər.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, səlahiyyətlilər gənc qıza baqajda ventilyasiya olduğunu, iti rahatlıqla ora qoya biləcəklərini deyiblər. Ancaq 3 saatlıq səfər 7.5 saat çəkincə it havasızlıqdan ölüb.

Ohtamış sərnişindaşıma şirkəti ilə bağlı polisə şikayət edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.