Dünya Skaut Hərəkatı Təşkilatının yeni üzvlərinə sertifikat və bayraqlar təqdim olunub

Day.Az представляет новость на азербайджанском языке

Avqustun 16-da 41-ci Dünya Skaut Konfransı çərçivəsində Dünya Skaut Hərəkatı Təşkilatının doqquz yeni üzvü təqdim edilib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, Dünya Skaut Komitəsinin sədri Joao Armando Qonsalves və Dünya Skaut Hərəkatı Təşkilatının baş katibi Əhməd əl-Hindavi yeni üzvlərə sertifikat və təşkilatın bayrağını təqdim ediblər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.