Kanadada teleqüllə yanıb

Day.Az представляет новость на азербайджанском языке

Kanadanın Toronto şəhərində televiziya qülləsində yanğın olub.

Day.Az Trend-ə istinadən bildirir ki, Si-En-Tauer qülləsində yerli vaxtla səhər saat 4 radələrində başlayan alovu 3 saatdan sonra söndürmək mümkün olub. Hadisə zamanı qüllədə olan təmizləyicilər təxliyə edilib. Yanğında xəsarət alan olmayıb.

 

Hündürlüyü 550 metr olan teleqüllə şəhərin ən görməli yerlərindən hesab edilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.