ABŞ-da helikopter qəzaya uğrayıb, 5 nəfər itkin düşüb

Day.Az представляет новость на азербайджанском языке

ABŞ-ın Havay adaları yaxınlığında "UH-60 Black Hawk" hərbi helikopteri qəzaya uğrayıb.

Day.Az APA-ya istinadən xəbər verir ki, insident hərbi təlimlər zamanı baş verib.

 

Hadisə nəticəsində 5 hərbçi itkin düşüb.  Oahu adası yaxınlığında Sakit okeanda helikopterin qalıqları aşkarlanıb. Hazırda axtarış-xilasedici əməliyyatı davam etdirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.