Mədə-bağırsaq xəstəliyi olanlara UCUZ VƏ TƏBİİ MÜALİCƏ

Day.Az представляет новость на азербайджанском языке

Kartof yay-qış demədən hər birimizin mətbəxdə istifadə etdiyimiz, fərqli yeməklərin əsas elementi olan, bişirilməsi və yeyilməsi asan bir tərəvəzdir. Sadəcə bizim ölkədə deyil, dünyanın bir çox ölkələrində kartof bol-bol istifadə edilən tərəvəz sayılır.

Kartofun dünyada bu qədər geniş istifadəsinin səbəbləri araşdırılarkən çox ləzzətli və asan hazırlanan bir tərəvəz olmaqla yanaşı, zəngin qida dəyərlərinə malik olduğu, tox tutduğu, müalicəedici xüsusiyyətinin də olması müəyyənləşib.
 
Son dövrdə kartof suyunun içilməsi də xalq təbabətində geniş yayılmış üsullardan biridir. Bəs kartof suyunun nələrə faydalı olduğunu bilirsinizmi?

Day.Az ailem.az-a istinadən həmin faydaları təqdim edir.

Kartof suyu bol orqanik turşu, mineral, ferment tərkiblidir. Qəbzlik, ishal, şişkinlik, mədə göynəməsi və həzmsizlik kimi problemlərə qarşı effektlidir. Səhərlər içilən kartof suyunun reflüks xəstəliyinə də faydalı olduğu deyilir.
 
Kartof suyu tərkibinə görə bağırsaq xərçənginə qarşı qoruyucu və bağırsaq xərçəngi xəstələrində dəstəkləyici bir tərəvəzdir. Fol turşusu və dəmir baxımından zəngindir. Bu qida dəyərləri də qırmızı qan hüceyrələrinin hazırlanmasında böyük rol oynayır. Yəni kartof suyu qansızlıq və anemiya riskini azaldır.
 
Kartof suyunun içindəki asit mədənin PH səviyyəsini tənzimlədiyindən mədədəki turşuluğun artmasını azaldır. Mədə turşuluğu ilə yanaşı mədə sancısı çəkənlərə də kartof suyu içmək tövsiyə edilir. Bununla mədə xərçəngi, qastrit, kolik kimi mədə problemlərinin riski də azalmış olur.
 
Bu arada diqqət edilməli olan ən əsas şey kartofun qara nöqtəli olmamasıdır. Qara nöqtə kartofun içərisində zərərli maddələrin olduğuna bir işarədir. Eyni zamanda kartof cücərmiş, yaşıllanmış və paralanmış olmamalıdır.
 
Yaşıllanmış kartofun içərisindəki solanin maddəsi sağlamlığa zərərlidir. Kartof suyunun dadını bəyənməyənlərə kartof suyunu kök suyu ilə qarışdırıb içmək tövsiyə edilir.
 
Bundan başqa, kartof suyunun tərkibindəki zəngin üzvi birləşmələr revmatizm, oynaq problemlərinə də yardım edir. Bel, ürək ağrılarında effektli fayda yaradan kartof suyu gut xəstəliyinə qarşı təsirlidir. Kartof suyu bədənin hər bölgəsində həzmin tənzimlənməsinə yardımçı olur. Buna görə səhərlər ac qarına içilməsi məsləhətdir. Yaxşı bir potasium qaynağı olduğundan yüksək təzyiqli insanlarda pozitiv nəticələrə səbəb olur. Yetərli potasium qəbulu həm də ürək xəstəlikləri riskinin azalmasına da yardım edir.
 
Kartof suyu təmizləyici keyfiyyətə də malikdir. Bu özəlliyi ilə qaraciyər və öd kisəsində problemi olanlar üçün təbii dərman sayılır. Buna görə səhərlər ac qarına 150 qrama qədər kartof suyu içmək məsləhətdir. Bu yolla sidik yolunda daşı olanlar da təsirini görmüş olurlar. Yaranmış daşların təmizlənməsinə yardımçı olmaqla yanaşı həm də daş yaranması riskini də azaldır.
 
 
Kartofun dəri üzərindəki effektini hər kəs bilir. Gözaltı qaralar, yaralar və şişkinliklərə qarşı kartof həmişə bir həll yolu kimi görülüb. Eqzema, dəri ləkələri, quru və qaşıntılı dəri üçün kartof suyunun möcüzəvi təsiri var. Kartof suyu həm də saç köklərini bəsləyir, daha gur və sağlam saçlara qovuşdurur. Bunun üçün kartof suyunu yumurta ağı və balla qarışdırıb saçlara sürtün və yarım saat sonra saçlarınızı şampunla yuyun.
 
Kartof suyunun dadını xoşlamayanlar kartof suyuna limon, ya bal qarışdırıb içə bilərlər. Balla qarışdırıb içmək qida zəhərlənməsinə qarşı da effektlidir.
 
Kartof suyunun istifadə qaydaları
 
İki həftə səhər və axşam ac qarına yeməklərdən yarım saat əvvəl 150 qr kartof suyu için. Sonra iki həftə ara verin və yenə iki həftə eyni şəkildə için.
Bağırsaq xərçənginə qarşı kartofu qaynatdığınız suyu da içə bilərsiniz. Kartofu ağzı bağlı qazanda çatlayana qədər qaynadın, axşam və günorta yeməklərindən əvvəl bir stəkan için.
 
Kartofları evdə soyuducuda saxlamayın. Kartof istini sevən bir tərəvəzdir. Soyuducuya, ya sərin yerə qoyulan kartofda şəkər yaranır və bu şəkər kartofun faydalarını azaldır, kanserogen bir maddədir. Yuyarkən soyuq suda yuyun. Kartof qabıqlarının bağırsağa faydalı olduğunu unutmayın, buna görə qabıqlı yeyin.

Kartof alarkən zədələnmiş, qaralmış, cücərmiş kartof almayın.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.