Ən acı bibər

Day.Az представляет новость на азербайджанском языке

Trinidad Scorpion Moruga Blend - dünyanın ən acı bibəridir. İlk dəfə Karib dənizinin cənub hissəsində yerləşən Trinidad və Tobaqo respublikasının Moruqa rayonunda becərilmişdir. Bibərin fövqəladə acılığından alimlər tədqiqat zamanı əleyhqazlar, 2 cüt lateks əlcək və mühafizə kostyumları ilə işləyirdilər. Bununla belə, tədqiqatçılardan birinin sözlərinə görə, əlinin dərisində yüngül yandırma hiss olunurdu.

Day.Az deyerler.org-a istinadən bildirir ki, əgər bir balaca Trinidad Scorpion Moruga bibərini dişləmək qərarına gəlsəniz, ilk olaraq bibərin acılığını qətiyyən hiss etməyəcəksiniz. Lakin bir neçə dəqiqədən sonra acılıq səviyyəsi sürətlə artmağa başlayacaq, və sizə elə gələcək ki, sizin diliniz, boğazınız və qida borunuz odlanır. Qan təzyiqi artır, üz qızarır, gözlər isə yaşlanır. Bu bibəri dadmış bəzi kəslərdə hətta qusma halları da baş verirdi.
Qeyd etmək lazımdır ki, bibərin acılığı onun yetişdirildiyi şəraitdən asılıdır. Məsələn, əgər su çatışmamazlığı olubsa, və hərarət çox yüksək olubsa, əlverişli mühitdə yetişdirilmiş bibərlərdən xeyli acı olacaq.
Acılıqdan əlavə,Trinidad Scorpion Moruga Blend bibər özünün meyvə ətri ilə diqqəti çəkir, bu baxımdan xörəklərə az miqdarda əlavə etdikdə xüsusi dad verir.
 
Trinidad Scorpion Moruga Blend 2012 -ci ilin fevral ayında ən acı bibər kimi təsdiq edilmişdir.
 
Buna qədər ən acı bibər Trinidad Scorpion Butch T hesab edilirdi.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.