Bakının mərkəzi küçəsində qorxulu hadisə: qadını yolun ortasından çıxartdılar

Day.Az представляет новость на азербайджанском языке

Bu gün səhər saat 08:40 radələrində "Koroğlu" metro stansiyasının qarşısında qorxunc hadisə baş verib.

Hadisə şahidlərinin Milli.Az-a verdikləri məlumata görə, keçid nişanı olmayan hissədən yolu keçmək istəyən təxminən 40-45 yaşlarında bir qadın yolun ortasında naməlum səbəblərdən huşunu itirərək yıxılıb.

Avtomobillərin sıx hərəkəti ilə müşahidə olunan yolda xoşbəxtlikdən qəfil yıxılan qadına maşınla xəsarət yetirməyiblər. Ətrafdakı sərnişinlər tərəfindən dərhal yolun ortasından səkiyə çıxarılan qadına ilk yardımı da vətəndaşlar ediblər. Qadının həyati təhlükəsinin olmadığı deyilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.