Valideynləri bağçaya göndərdikləri uşaqlarının ölüm xəbərini aldılar

Day.Az представляет новость на азербайджанском языке

Türkiyədə 3 yaşlı uşaq məsuliyyətsizliyə görə ölüb.

Milli.Az "Haberler"ə istinadla bildirir ki, Türkiyənin İzmir şəhərində bağça servis avtobusunun içində yuxuya getdiyinə görə unudulan 3 yaşlı Alperen Sakin avtobusun içində havasızlıqdan boğulub.

O, tapılanda huşu özündə olmayıb. Alperen xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Hadisədən sonra sürücü məsuliyyətsizliyinə görə tutulub. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.