Kənan səhnədə uğursuzluq yaşadı: mikrofon düşdü, kəmər qopdu

Day.Az представляет новость на азербайджанском языке

Son konsertində səhnədən yıxılan Kenan Doğulu ötən axşam yenidən konsert proqramı ilə səhnə alıb.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, 3 min pərəstişkarına üç saat ərzində "musiqi ziyafəti" təqdim edən müğənni səhnəyə qril qoyduraraq qonaqlarına "Bir azdan sizə manqal qalayacam" deyib. Ancaq şanssızlıq Doğuludan yenə əl çəkməyib - əvvəl mikrofonu düşüb, sonra gitarasının kəməri qopub.

Sənətçi buna rəğmən kefini pozmayıb. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.