Sumqayıtda batan 2 tələbənin axtarışları davam edir

Day.Az представляет новость на азербайджанском языке

Xəbər verdiyimiz kimi, Sumqayıt şəhəri, Corat qəsəbəsində 2 nəfər dənizdə batıb.

Day.Az-ın xeberle.com-a istinadən məlumatına görə, batanların əslən Tovuz rayonundan olan 2 tələbə olduğu bildirilir. Axtarışlar bu gün saat 08:45-dən etibarən davam etdirilir. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin məlumatına əsasən, axtarışları aparılan şəxslərdən biri 1998-ci il təvəllüdlü Sadıqov Elməddin Fəzail oğludur. Digər vətəndaşın şəxsiyyəti dəqiqləşdirilir.

Əlavə məlumat veriləcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.