Lənkəranda ağır qəza: "Mercedes"lə motosiklet toqquşdu

Day.Az представляет новость на азербайджанском языке.

Lənkəranda minik avtomobili ilə motosiklet toqquşub, xəsarət alan var.

Milli.Az ARB TV-yə istinadən  xəbər verir ki, Ələt-Astara yolunun Gərmətük kəndi ərazisindən keçən hissəsində 31 yaşlı Ramil Mirzəyevin sürdüyü "Mercedes" markalı avtomobillə, 23 yaşlı İlkin Axundzadənin idarə etdiyi motosiklet toqquşub.

Nəticədə motosikletin sürücüsü xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Ağır qəza