Maşallıda baş verən dəhşətli qəzanın GÖRÜNTÜLƏRİ

Day.Az представляет новость на азербайджанском языке.

Masallıda ağır yol qəzası olub.

Milli.Az ARB TV-yə istinadən  xəbər verir ki, Lənkərandan yas mərasimindən qayıdan paytaxt sakinləri yolda ağır qəzaya düşüblər. Hadisə Ələt-Astara yolunun Masallı rayonunun Alvadı kəndindən keçən hissəsində qeydə alınıb.

Bakı şəhər sakini, 52 yaşlı Nazim Əkbər oğlu Həsənov idarə etdiyi "Toyota Prado" markalı avtomobili aşırıb. Nəticədə avtomobildə olan sərnişinlər - 49 yaşlı Aidə Həsənova və Afər Əmrahov aldıqları xəsarətdən dünyasını dəyişiblər.

Avtomobilin sürücüsü və digər sərnişin Həsənov Zamiq xəsarətlə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Fakt araşdırılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:

Masallıda ağır qəza