Azərbaycanda uşaq kanalı yaradıla bilərmi? - Rəsmi cavab
Day.Az представляет новость на азербайджанском языке
"Azəbaycan kimi ərazisi kiçik olan, əhalisinin sayı çox olmayan ölkələrdə sahə xarakterli televiziya kanallarının açılması məqsədəuyğun deyil". Day.Az bildirir ki, bunu Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.
O qeyd edib ki, Azərbaycanda uşaq kanalının açılması ilə bağlı müzakirələr gedirdi, hətta Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi belə bir təkliflə çıxış etmişdi:
"Amma hesab edirik ki, bunun üçün mövcud televiziya kanallarının potensialından istifadə etmək daha doğru olardı. Uşaqlarla bağlı ayrı televiziya kanalının yaradılması böyük maliyyə vəsaiti tələb edir. Bilirsiniz ki, Azərbaycanda mədəniyyət kanalı, idman kanalı açılıb, yəni bu, Azərbaycan dövlətinin bu sahələrə verdiyi xüsusi diqqətdir. Əgər Azərbaycan dövləti uşaq televiziyası ilə bağlı maliyyə məsələsini öhdəsinə götürərsə, bu məsələyə baxıla bilər".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре