İki gün əvvəl dənizdə batan gənclərin meyiti tapıldı

Day.Az представляет новость на азербайджанском языке

İki gün əvvəl dənizdə batan gənclərin meyiti tapılıb.

Day.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətindən Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 16 avqust 2017-ci il tarixində dənizdə batdığı ehtimal edilən 1998-ci il təvəllüdlü Sadıqov Elməddin Fəzail oğlu və 1998-ci il təvəllüdlü Vəliyev Qürbət Məhəmməd oğlunun cəsədləri tapıldığı üçün axtarışlar dayandırılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.