Sumqayıtda kikboksinq üzrə turnir keçiriləcək

Day.Az представляет новость на азербайджанском языке

Sumqayıtda Heydər Əliyevin xatirəsinə həsr olunan kikboksinq (K-1 stil) üzrə peşəkarlararası beynəlxalq turnir keçiriləcək.

Day.Az goal.az-a istinadən xəbər verir ki, yarış Gənclər və İdman Nazirliyinin, Azərbaycan Kikboksinq Federasiyasının təşkilatçılığı ilə avqustun 19-da baş tutacaq. 

Turnirdə Azərbaycanın 17, Gürcüstanın 2, Pakistanın isə 1 idmançısı iştirak edəcək. Döyüşlər 7 çəki dərəcəsində 3 raund 3 dəqiqə olmaqla hər bir döyüş əsas final mərhələdən ibarət olacaq. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.