Hər kəs üçün vacib xəbər

Day.Az представляет новость на азербайджанском языке

Tullantıların şəhər ərazisində qalaqlanması, yandırılması qanun pozuntusu hesab edilir və buna yol verən icra, bələdiyyə nümayəndələri də cəzalandırılır.

Bu barədə Day.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat veriblər.

Nazirlik əməkdaşı bildirib ki, məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi "İstehsalat və Məişət Tullantıları" haqqında qanunun tələblərinə, bu sahədə ölkə başçısının müvafiq sərəncamları və Nazirlər Kabinetinin təsdiq olunmuş qaydalarına uyğun həyata keçirilir.

Bakı şəhərində tullantıların yığılması, daşınması işinə Bakı şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyətləri, onların aidiyyəti strukturları (Mənzil Kommunal Təsərrüfat İstehsalat Birlikləri), zərərəsizləşdirilməsinə isə Təmiz Şəhər ASC baxır.

Tullantıların şəhər ərazisində qalaqlanması, yandırılması qanun pozuntusudur. Belə halların yol verilməsi ilə bağlı inzibati xəta törətdiklərinə görə İnzibati Xətalara Məcəlləsinin 271-ci maddəsinə əsasən fiziki, vəzifəli və hüquqi şəxslər inzibati məsuliyyətə cəlb edilirlər. Həmin maddəyə görə fiziki şəxslər 500-800, vəzifəli şəxslər 2000-3000, hüquqi şəxslər isə 6500-8000 manat məbləğədək cərimə edilirlər.

Nazirlikdən bildiriblər ki, tullantıların qalaqlanması faktları baş verdikdə ilk növbədə bu sahədə cavabdeh olan rayon icra hakimiyyətinə və mənzil kommunal təsərrüfat istehsalat birliklərinə müraciət edilməlidir.

ETSN bu sahədə dövlət nəzarətini həyata keçirən orqan kimi nəzarət tədbirləri həyata keçirir, bu sahədə aşkar olunan qanun pozuntuları ilə əlaqədar qanunvericiliyə uyğun qaydada tədbir görür və aşkar olunmuş faktların aradan qaldırılması üçün aidiyyəti qurumlar qarşısında tələblər qoyur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.