Qubada alma bağlarına xəstəlik düşüb

Day.Az представляет новость на азербайджанском языке

Alma bağlarına xəstəlik düşüb.

Day.Az "xezerxeber"ə istinadən bildirir ki, Qubada dəmgil xəstəliyi məhsuldarlığa ciddi təsir edib. Bağların 70%-nə bu xəstəlik düşüb.

Təsərrüfat sahibləri deyir ki, xəstəlik səbəbindən meyvəni normal qiymətə sata bilməyəcəklər. Xəstəliyə düçar olan meyvəni emal zavodlarına aşağı qiymətə verməli olacaqlar.

Bağbanlar bildirirlər ki, bağları 13-14 dəfə dərmanlasalar da, heç bir nəticəsi olmayıb. Bunu da dərmanların keyfiyyətsizliyi ilə əlaqələndirirlər.

Mütəxəssislər isə bildirirlər ki, bağlarda xəstəliyin bu cür yayılmasının səbəbi dərmanlama işlərinin kompleks şəkildə aparılmamasıdır. Yəni, bağlaradan biri düzgün dərmanlanmasa xəstəlik digər bağlara da yayılır.

Dərmanların seçimi zamanı da mütəxəssislərlə məsləhətləşmək vacibdir. əks halda bunun da heç bir effekti olmaz.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Qubada alma bağlarına xəstəlik düşüb