Gəncə sakini müəmmalı şəkildə xəsarət alıb

Day.Az представляет новость на азербайджанском языке

Gəncə sakini ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.

Day.Az APA-ya istinadən xəbər verir ki, şəhər sakini, 1991-ci il təvəllüdlü Qasımov Elsevər Səməd oğlu qarın nahiyəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.  E.Qasımov yıxılaraq xəsarət aldığını bildirsə də, onun bıçaqlandığı ehtimal olunur.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Day.Az представляет новость на азербайджанском языке