Elariz Məmmədoğlu: "Barmen işləyirdim, pul buraxıb məni müğənniliyə çəkdilər"

Day.Az представляет новость на азербайджанском языке

anınmış müğənni Elariz Məmmədoğlu seriala çəkilir. Məşhur bu haqda Milli.Az-a danışıb:

"ARB telekanalında "Toydan sonra nağara" adlı komediya serilında çəkilirəm. Serialı istedadlı aktyorumuz Elşad Zarafatsız çəkir. Mən serialda Vova adlı barmen rolunu canlandırıram. Vova barmen olmaqla yanaşı həm də gözəl səsi var. Serialda şərait yaranır ki, mən səs imkanlarımı da göstərim.

Hətta məni sənətdə qabağa çəkmək üçün pul da buraxırlar. Vova çox maraqlı və dəyişkən bir obrazdır. Çəkilişlər çox rahat və ürəyimizcə gedir, gözəl bir kollektivlə çalışıram. Artıq iyul ayının 31-dən etibarən serial həftə içi 5 gün ARB kanalında yayımlanır. Başqa bir serialdan da dəvət gəlmişdi, amma vaxtım olmadığı üçün imtina etdim".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.